İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında | FOTOLAR

   İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında |    FOTOLAR
  08 Noyabr 2025    Oxunub:681
Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbəmizə həsr olunmuş Hərbi parada hazırlaşan paytaxt Bakının mənzərəsini seyr ediblər.


AzVision.az


Teqlər: Zəfər   Şəhidlər  



Xəbər lenti